Tarkan həyat yoldaşı ilə müqavilə bağladı?
4 May 2016 11:41 DünyaMüğənni Tarkanın Pınar Dileklə gözlənilmədən nikah masasına oturmasının ardından mediada evlilik haqqındakı detallar müzakirə edilməyə başlayıb. Türkiyə mətbuatının məlumatına görə, ən əsas mövzulardan biri böyük sərvəti olan müğənninin Pınarla evlilik müqaviləsi bağlayıb-bağlamamasıdır.
Tarkana yaxın mənbələrin dediyinə görə, P.Dilek meqastara "İstəsən, evlilik müqaviləsi bağlaya bilərik" deyib. Tarkanın isə bu təklifi rədd etdiyi deyilir. Beləliklə, cütlüyün sadəcə evlilik zamanı qazandıqları hər şey onların ortaq malı sayılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00