Türkiyədə terrora dəstək verənlərin toxunulmazlığı ləğv ediləcək
3 May 2016 17:48 DünyaTürkiyədə terrora dəstək verənlər barədə mütləq tədbir görüləcək. Salamnews bildirir ki, bunu ölkə baş naziri və hakim Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu partiyasının fraksiya iclasında bəyan edib.
Xalqların Demokratik Partiyası (HDP) millət vəkillərinin toxunulmazlığının ləğvinə dair qanun layihəsinin parlamentin Konstitusiya komissiyasında qəbul edilməsi ilə bağlı danışan Davudoğlu bildirib: "HDP-lilər heç yerə qaça bilməzlər. Toxunulmazlıq prosesinin qarşısını almaq üçün millət vəkillərimizə hücum edirlər. Məclisi döyüş, qarşıdurma yerinə çeviriblər. Terror təşkilatını dəstəkləyən hər kəs haqqında tədbir görüləcək. Heç bir yerə qaça bilməzlər. HDP-lilər və xəyanət edənlərin toxunulmazlığı ləğv olunacaq!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00