“Google Chrome” və “Facebook” istifadəçilərinə yeni troyan xəbərdarlığı

"Dr.Web CureIt" şirkətinin nümayəndələri "Google Chrome" brauzerinin və "Facebook" sosial şəbəkəsinin istifadəçilərinə internet cinayətkarlarının virus proqramlarını yaymaq üçün yeni vasitə kəşf etdikləri barədə xəbərdarlıq ediblər. İKT.lent.az-ın "svopi.ru" saytına istinadən məlumatına görə, "Google Chrome"un plagini növündə yeni troyan virusu peyda olub. Bu virus sosial şəbəkədə spam kimi yayılır. Virus "BPlug.1074" adlandırılıb. Ən təbii troyan "Google Chrome"un genişləndirilməsində dəyişikliklərə gətirib çıxarır. Onun yüklənməsi prosesi yekunlaşandan sonra istifadəçinin "Facebook" sosial şəbəkəsinə hər bir girişi onun profilində dəyişikliklər edilməsinə səbəb olur. Bildirilir ki, çox vaxt troyan profili sındırılmış istifadəçinin məlumatları ilə bağlı ayrıca səhifə yaradır. Onun dostluğunda olan istifadəçilərə isə bu səhifəyə keçməklə bağlı xahiş göndərilir. Bununla da şəbəkədə yeni ziyanverici proqram yayılır. Bu virusdan bu günə qədər nə qədər insanın zərər çəkdiyi barədə hələlik məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00