“Motorola” mayın 17-də yeni smartfonlarını təqdim edəcək
3 May 2016 18:43 Dünya"Motorola" şirkəti KİV nümayəndələrinə Hindistanın Nyu-Dehli şəhərində keçiriləcək "Moto G4" və "Moto G4 Plus" smartfonlarının təqdimat mərasiminə dəvət məktubları göndərib. İKT.lent.az-ın "svopi.ru" saytına istinadən məlumatına görə, "Moto G" silsiləsinin üçüncü nəslinə aid olan cihazlar mayın 17-də ictimaiyyətə nümayiş olunacaq. Məlum olub ki, "Moto G4" modeli diaqonalı 5,5 düym olan ekranla, 2 Gb əməliyyat yaddaşı və 13 meqapiksel həcmli frontal kamera ilə təchiz edilib. Cihazın displeyinin genişlənməsi 1 080 piksel təşkil edir və onun 8 nüvəli prosesi mövcuddur. "Moto G4 Plus" isə 16 meqapiksel ön kamerası və barmaq izlərini skan etmək imkanı ilə təmin edilib. Hər iki cihazın metaldan hazırlanmış korpusu mövcuddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00