“Skype”ın mobil versiyasını yükləyənlərin sayı 1 milyardı keçdi

"Skype" əlavəsinin müxtəlif mobil platformalar üçün versiyaları 1 milyard dəfədən çox yüklənib. İKT.lent.az-ın "appcompass.ru" saytına istinadən məlumatına görə, bu barədə populyar messencerin məxsus olduğu "Microsoft" şirkətindən bildiriblər. Bu səviyyəyə ən populyar video zənglər proqramın versiyası özünün "iPhone" üçün "Skype" əlavəsini işə salandan 7 ildən sonra nail ola bilib.  2016-cı ilin əvvəlində "Microsoft" bildirib ki, əlavə "Android", iOS və "Windows Phone" servisləri üçün 750 milyondan dəfədən çox yüklənib. Belə çıxır ki, ilin əvvəlindən "Skype" əlavəsinin mobil əlavəsini yükləmələrin sayı dörddə bir dəfə artıb. Əlavənin iOS versiyasına neçə dəfə yükləndiyi barədə şirkət tərəfindən məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00