6 kiloluq körpə dünyaya gəldi

Ölkədə gündəm oldu

Avstraliyada 6 kiloqram ağırlığında dünyaya gələn Ziad adlı körpə ölkədə ən çox danışılan mövzuya çevrilib. ATV.az bildirir ki, qeysəriyyə ilə reallaşan doğuşdan sonra  6 kiloqramlıq körpəsinə qovuşan ana Breanna Sykes sevincli olduğunu, lakin körpəsinin bu qədər iri olacağını təxmin etmədiyini söyləyib. Həkimlərdən biri son 15 ildə gördüyü ən böyük körpənin Ziad olduğunu dilə gətirib. Bütün testləri edilən 6 kiloqramlıq körpənin hazırda sağlamlığında heç bir problem yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00