NASA-nı çökdürən haker azadlığa buraxıldı
3 May 2016 17:06 DünyaABŞ-da "Gozi" virusu yaradaraq, Amerika Aerokosmik Agentliyinin (NASA) və bir neçə ölkənin minlərlə kompüterlərini sıradan çıxaran Nikita Kuzmin adlı rus haker azadlığa çıxıb.
Qeyd edək ki, Nyu-York məhkəməsi 2010-cu ildə Kuzmini 37 ay müddətinə azadlıqdan məhrum etmişdi. Məhkəmədə o, öz günahını boynuna alaraq istintaqla əməkdaşlıq etmişdi. Həmçinin həbsdən əlavə, haker 8 milyon dollar kompensasiya ödəməli idi. Faktxəbər.com bildirir ki, 2010-cu ildə Nyu-York şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq zamanı məlum olmuşdu ki, "Gozi" virusu NASA başda olmaqla ABŞ-da, Almaniyada, Fransada, İtaliyada və Türkiyədə milyonlarla kompüteri yararsız hala salıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00