Ermənistan Qarabağa daha 400 muzdlu döyüşçü göndərir
3 May 2016 16:46 DünyaBu gün Yerevandan Dağlıq Qarabağa daha 400 erməni könüllüsü yola düşəcək. Modern.az bildirir ki, şəhərin Nubaraşen rayonunda yerləşən hərbi hissədən Qarabağa yollanacaq şəxslər "Yerkrapa" hərbi təşkilatının üzvləridir. Onlar işğal olunmuş torpaqlardakı silahdaşlarını əvəzləmək üçün Qarabağa gedəcəklər.
Xatırladaq ki, Ermənistandakı Qarabağ müharibəsi veteranlarını sıralarında birləşdirən "Yerkrapa" təşkilatının 10 min üzvü var. Onlardan 5 mini işğal altındakı torpaqlarda yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00