Dünyaca məşhur səyyahın itmiş gəmisi tapıldı
3 May 2016 18:25 DünyaTədqiqatçılar məlumat veriblər ki, ABŞ sahillərində məşhur ingiltərəli səyyahı Ceyms Kukun ilk dəfə dünya səyahətinə çıxdığı "İndevor" gəmisini tapıblar. Faktxəbər.com bildirir ki, bundan əlavə, sahildə həmin dövrə aid olan daha 5 gəmi tapılıb. Yerli KİV-lərin məlumatına görə, gəmi 1778-ci ildə Rod-Aylenddə ABŞ-ın müstəqilliyi üçün müharibə zamanı qəzaya uğrayıb. O da məlumdur ki, "İndevor"un adı Kukun səyahətindən sonra dəyişdirilmiş və dəniz blokadası üçün sahilə göndərilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00