Ancelina Colidən məsləhət - Stressdən necə xilas olaq?
3 May 2016 19:47 DünyaGündəlik həyatımız stresslə doludur desək, yəqin ki, yanılmarıq. Elə buna görə də, insanlar əsbiləşməmək, stressə düşməmək üçün müxtəlif çarələr axtarırlar. Kimi idmanla məşğul olur, kimi musiqi dinləyir, kimi dostları ilə əylənir. Tez-tez stressə düşənlərə Ancelina Colinin də məsləhəti var. Jurnalların birinə verdiyi müsahibədə aktrisa stressdən xilas olmağın ən gözəl yolunun uşaqlarla vaxt keçirmək olduğunu bildirib. Onlarla birlikdə boyama kitablarını rəngləyən, gəzintiyə çıxan aktrisa bununla da bütün problemləri unutduğunu deyib. Bundan başqa Ancelina Coli stressdən xilas olmaq istəyənlərə meditasiyanı da məsləhət görüb: "Müntəzəm meditasiya psixologiyamıza qısa istirahət təsiri bağışlayır, ən güclü dərman qədər effektiv ola bilir. Faydasını görmək üçün saatlarla meditasiya etmək vacib deyil, gün ərzində bir neçə dəqiqə də yetərlidir".