Kazimirovun erməni oyunu - Həyasızlığın həddi yoxdur
3 May 2016 14:30 Dünya90-cı illərin əvvəllərində Rusiyanın ATƏT-in Minsk Qrupundakı həmsədri olan Vladimir Kazimirov yenidən Rusiyanın erməniyönlü mediasında peyda olub. Axar.az bildirir ki, erməni mediasının da "sevə-sevə" yer verdiyi Kazimirovun hədəfi isə inanılmazdır. Bu keçmiş diplomat BMT Təhlükəsizlik Şurasının qətnamələrinə diqqət çəkir və bildirir ki, Azərbaycan qətnamələrdən danışmağı sevir, amma onu elə məhz özü yerinə yetirmir. Əslində, Kazimirovun fikrini sərsəmləmə adlandırmaq da olar. Kazimirov özü hər zaman Rusiyanın I Qarabağ savaşında ermənilərə yardım etdiyini dolayısı ilə təsdiqləyib və onun İrəvanı ağır şəraitdən çıxartmaqdan ötrü Bakını necə hədələdiyi unudulmayıb. O ki qaldı Kazimirovun "Azərbaycanın özünün əməl etmədiyi" BMT TŞ qətnamələrinə, görünür, erməni həmkarları kimi, ortada olan rəsmi sənədi heç bir diplomatik-hüquqi ölçüyə sığmadan "şərh edən" bu şəxsin də yaddaşını təzələməyə ehtiyac var.