Xəstəxanada yatan aktyor evə buraxıldı VIDEO
3 May 2016 19:12 DünyaPsixoloji problemi olduğu üçün xəstəxanaya yatırılan aktyor Şafak Sezer evə buraxılıb. Türkiyə mətbuatının məlumatına görə, müalicəsi davam etdirilən aktyorun yeni görüntüləri yayılıb. Onun yeni görüntülərdə səhhətinin yaxşı olduğu diqqətdən qaçmır. O, sevənlərinə salam da göndərib. Aktyorun videoda nisbətən ləng danışması sevənlərini narahat edib.
Qeyd edək ki, bir neçə gün əvvəl yayılan görüntülərdə Ş.Sezer xəstəxanada qışqırarkən görüntülənmişdi. Daha sonra isə onun xəstəxanadan qaçmağa cəhd etdiyi deyilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00