Eurosport KATV1 ilə tərəfdaşlıq edərək Azərbaycanda ilk sosial aksiyasını keçirir
3 May 2016 14:24 DünyaAvropanın ən iri idman yayım platforması Eurosport və ödənişli televiziya sahəsində Azərbaycanın aparıcı operatoru KATV1 sosial cəhətdən müdafiəsiz uşaqlar üçün böyük cəlbedici idman aləmini kəşf etməyə yönələn birgə xeyriyyə aksiyası keçirirlər. "OLAYLAR"-ın xəbərinə görə, mayın 4-də start götürəcək aksiya çərçivəsində aztəminatlı ailələrin uşaqları və valideyn qayğısından kənarda qalan uşaqlar 2016-cı ilin may ayında Bakıda keçiriləcək 17 yaşına qədər gənclər arasında futbol üzrə Avropa Çempionatının oyunlarını canlı izləyə biləcəklər. Eurosport və KATV1 Azərbaycan yığmasının iştirak etdiyi hər bir seçmə oyununa 100 bilet təqdim edəcəklər; milli komandamız növbəti mərhələyə adlayarsa ən fəal gənc azarkeşlər növbəti oyunlarda da Azərbaycanın gənc futbolçularını dəstəkləyə biləcək. Bu aksiya Azərbaycanda ilin ən mühüm futbol yarışını məhz tribunalardan izləyəcək uşaqlara idman bayramının həyəcanını yaşamağa imkan verəcək. Eurosport-un missiyası ən yaxşı idman hadisələrini hər kəs üçün əlçatan etməkdir, və KATV1-in dəstəyilə Eurosport böyük idman aləminə qoşulmaqları elə də asan olmayan uşaqlar üçün bu imkanı yaradacaq.