ABŞ qoşunları Moldovaya daxil oldu
3 May 2016 14:03 DünyaABŞ hərbçiləri və hərbi texnikası bu gün səhər saatlarında Rumıniyadan Moldova ərazisinə daxil olub. Modern.az bildirir ki, keçmiş sovet respublikasına 100-dən artıq zirehli texnika və 2 minə yaxın əsgər gəlib. Onların sərhədi keçməsinə qarşı Sosialist Partiyasının fəalları etiraz aksiyası təşkil etsələr də, polis etirazçıları ərazidən uzaqlaşdırıb. Moldova mətbuatının məlumatına görə, Moldovada mayın 3-dən 20-nə kimi "Dragon Pionner" təlimi baş tutacaq. Hərbi təlim zamanı amerikalı hərbçilər moldovalı hərbçilərə yardım göstərəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00