Dünya liderləri İstanbulda bir araya gələcək
3 May 2016 14:00 DünyaDünya liderləri İstanbulda bir araya gələcəkBMT baş katibinin humanitar məslələr üzrə müavini Stiven O'Brayen bildirib ki, 23-24 may tarixlərində İstanbulda keçiriləcək humanitar sammitdə 45 ölkənin liderinin iştirak edəcəyi gözlənilir. O'Brayenin sözlərinə görə, ilk humanitar sammitə üç həftə qaldığı bir dövrdə 80-ə qədər ölkə tədbirə öz nümayəndəsini göndərmək niyyətində olduğunu bildirib və onlardan 45-i dövlət və ya hökumət başçıları ilə təmsil ediləcəklər. BMT baş katibinin müavininin sözlərinə görə, ümumilikdə 6 min iştirakçının gələcəyi gözlənilir. Onların arasında siyasi liderlər, biznesmenlər, humanitar təşkilatların direktorları, həmçinin, vətəndaş cəmiyyətləriin nümayəndələri olacaq. Hurriyyet.org BMT rəsmisinin açıqlamasına istinadən bildirir ki, İstanbuldakı sammitin məqsədi vəsait toplamaq deyil. O'Brayen deyib: "İlk növbədə hədəfimiz həmrəyliyimizdən əmin olmaqdır". O bildirib ki, son iki onillik boyunca ildə 218 milyona qədər insan təbii fəlakətlərdən və dağıntılardan əziyyət çəkib.