Erməni nazir maaşını işğalçılara bağışladı
3 May 2016 12:09 DünyaErmənistanın ərazilərin idarə olunması və inkişafı naziri David Lokyan Dağlıq Qarabağ separatçılarına 600 min dram (1884 AZN) həcmində ianə edib. Azvision.az bildirir ki, bu barədə Ermənistanın "Jovohurd" qəzeti məlumat yayıb. Məlumat üçün qeyd edək ki, Lokyanın ayırdığı ianə onun bir aylıq maaşı qədərdir. Erməni nazirin separatçılara pul ayırması faktı Ermənistanın rəhbərlik səviyyəsində işğalçı rejimi tam formada dəstəklədiyini sübut edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00