Pentagon: Rusiyanın hərbi aviasiyasının hərəkətləri təhlükəlidir

ABŞ hesab edir ki, Rusiya hərbi aviasiyanın amerikalı təyyarə və gəmilərinə qarşı hərəkətləri hər iki tərəf üçün "təhlükəli və gözlənilməz şərait" yaradır. TASS agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın medafiə naziri Eşton Karter bildirib. Baltik dənizi səmasında bu yaxınlarda Rusiyanın "Su-127" qırıcısı tərəfindən ABŞ-ın "RC-1135" kəşviyyat təyyarəsinin yaxalamasını şərh edərkən, nazir bu əməlliyatı "qeyri-peşəkar və təhlükəli" adlandırıb: "Partnyorlarımızda olduğu kimi, bizim qüvvələrimizin də müdafiəyə tam haqqı var. Buna görə də, belə tipli qeyri-peşəkar hərəkətlər təhlükəli nəticələrə çıxara bilər". E.Karter bildirib ki, son zamanlar belə insidentlər tez-tez baş verir və Rusiyanın hərbi sahəsində bu tipli davranışı ABŞ-ın və Avropanın bütün ölkələrinin narazılığına səbəb olan "hərəkətlərindəndir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00