Suriya Türkiyəni vurdu: yaralılar var

Türkiyə mətbuatı xəbər verir ki, atılan mərmilərdən biri Kilisin Ayınönü Məhəlləsindəki binaya düşüb. Mərminin partlaması nəticəsində bina yanmağa başlayıb. Yanğın qısa zamanda söndürülüb. Xəsarət alan 1 nəfər Kilis Dövlət xəstəxanasına aparılıb.

***

Bu gün Türkiyənin Kilis şəhəri Suriya ərazisindən yenə raket atəşinə tutulub. "Milliyet" xəbər verir ki, iki mərmi Kilis şəhərinin mərkəzinə düşüb. Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata görə, yaralılar var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00