Almaniya terroru necə maliyyələşdirir? - "Deutsche Bank"ın şok maxinasiyaları
3 May 2016 11:29 DünyaTürkiyənin 2001-ci ildə yaşadığı və ölkə tarixinin ən böyük maliyyə böhranının aktyorlarından olan Almaniyanın terroru dəstəklədiyi məlum olub.Avropa.info xəbər verir ki, Almaniyanın ən böyük və dünyanın az saylı banklarından olan "Deutsche Bank"-ın terroru maliyyəyələşdirdiyi və qara pulları legallaşdırdığı məlum olub.İngiltərənin Maliyyə Nəzarəti İdarəsi (FCA) "Deutsche Bank"-a qarşı ağır ittihamlar irəli sürüb."Financial Times"-ın dərc etdiyi gizli bir məktubda bankın ciddi və sistemli bir şəkildə terroru maliyyəyələşdirdiyi, sanksiyalara məhəl qoymadığı və qara pulların yuyulmasını həyata keçirdiyi bildirilir.Bankda ötən il geniş bir araşdırma aparan FCA, bəzi müştərilərin əməliyyatlarının kifayət qədər araşdırılmadan həyata keçirildiyini, sənədlərdə çatışmazlıqlar olduğunu müəyyən edib.Təşkiların banka bu haqda məktub göndərməsindən sonra bank rəhbərliyi bu məsələnin önəmini anladıqlarını və problemlərin aradan qaldırılması üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirib.