Təcili: Türkiyə parlamentindən deputatların toxunulmazlıqları ilə bağlı vacib qərar, HDP-nin sonu gəldi... - AKP ilə HDP-çi deputatlar arasında əlbəyaxa dava VIDEO

Türkiyə parlamentinin Konstitusiya Komissiyası millət vəkillərinin toxunulmazlıqlarının ləğv edilməsi ilə bağlı təklifin iki maddəsini qəbul edib.

Avropa.info xəbər verir ki, komissiyada olan AKP, CHP və MHP-dən olan millət vəkilləri buna səs veriblər.

PKK-nın siyasi qamadı olaraq tanınan HDP isə komissiyanın işini baykot edib. HDP-li deputatlar zaldan çıxan zaman kürd marşı oxuyublar.

Türkiyə mətbuatının məlumatına görə, komissiya işə başlayan dəqiqələrdən HDP-li deputatlar iclası pozmağa çalışıblar. Baş nazirin müavini Yalçın Akdoğanın çıxışı zamanı isə HDP-çilərlə AKP-dən olan millət vəkilləri arasında əlbəyaxa dava düşüb.

Qeyd edək ki, HDP  Türkiyənin PKK terrorçularına qarşı əməliyyatlarına qarşı çıxır. HDP-dən olan deputatlar hətta Türkiyə dövlətini "qatil" adlandırmaqdan belə çəkinmirlər. HDP-çilərin millət vəkili statusundan istifadə edərək, cinayət etdikləri və PKK terrorçularının bir sıra qanunsuz əməllərində iştirak etdikləri dəfələrlə təsbit olunub. Məhz bu səbəbdən də, Türkiyə hökuməti millət vəkillərinin toxunulmazlıqlarını aradan qaldırmaq üçün parlamentə təkliflər paketi göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00