“Apple Watch” saatına “Windows 95” yüklədilər
2 May 2016 19:53 DünyaMüasir "Apple Watch" saatına əfsanəvi "Windows 95" əməliyyat sistemini yükləyə biliblər. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, bu nəticəyə "Apple Watch" üçün xüsusi emulyator vasitəsilə nail olunub. Təbii ki, saatın ekranı balaca olduğundan 1995-ci ilin əməliyyat sisteminin bütün funksiyalarından istifadə etmək mümkün deyil. Çünki bu funksiyaları ekran vasitəsilə barmaqla idarə etmək olduqca çətindir. Həmçinin "Windows 95"in interfeysi bir azca gec işləyir. Tərtibatçı videonun altındakı yazıda qeyd edib ki, uğur əldə edəcəyinə inamını itirməyib. Çünki "Apple Watch" tam uyğun xüsusiyyətə malikdir. Belə ki, onun prosessorunun gücü 520 MHs, əməliyyat yaddaşı 512 Mbayt, yaddaşının həcmi isə 8 Gbayt təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00