Cennifer Lopez ərə getməyə hazırlaşır
Deyirlər toy olacaq
2 May 2016 19:43 DünyaCennifer Lopez haqqında xəbərimiz var. Müğənni rəqqas sevgilisi Kasper Smarta ərə getməyə hazırlaşır. Ailəyə yaxın olan mənbədən verilən məlumata görə, cütlüyün toyu avqust ayında baş tutacaq. Hətta toy hazırlıqlarına görə Cennifer Lopezin qastrol səfərlərini də təxirə saldığı deyilir.Mərasim müğənninin Nyu-Yorkda olan malikanəsində təşkil olunacaq.
Qeyd edək ki, Cennifer və Kasper beş il olar birlikdədirlər. Bu müddət ərzində o, özünü Cenniferin ailəsinə və Mark Entonidən olan iki övladına sevdirməyi bacarıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00