Hindistanın smartfon bazarı 23 faiz artıb
2 May 2016 19:37 Dünya"Counterpoint" şirkətinin analitikləri Hindistanın smartfon bazarını 2016-cı ilin birinci rübünün nəticələrinə görə qiymətləndiriblər. İKT.lent.az-ın "ixbt.com" saytına istinadən məlumatına görə, dünya bazarından fərqli olaraq, Hindistanda smartfon satışlarında 23 faizlik artım qeydə alınıb. Bazarın lideri "Samsung" şirkəti olaraq qalır. Bu şirkətin payına Hindistanda birinci rübdə satışa çıxarılmış smartfonların 29 faizi düşür. İkinci yeri isə bazarda 17 faiz payla "Micromax" şirkəti tutur. Liderlərin ilk üçlüyünü bazarın 10 faizinə malik "Intex" şirkəti tamamlayır. Sonrakı yerlərdə isə "Lenovo" və "Lyf" yerləri gəlir. Satılan mobil telefonların 45 faizi smartfon seqmentinə aid olub. Onların üçdə ikisi LTE şəbəkəsini dəstəkləyir. Həmçinin illik nisbətdə hər bir şirkət satışlarını artırıb. Məsələn, "Vivo" şirkəti bir il əvvəl həyata keçirdiyi satışlardan 8,5 dəfə artıq satış nəticəsi göstərib. "Lenovo" şirkəti də tədarükünü 4 dəfə artırıb. Bu parametrlər üzrə "Oppo" şirkəti göstəricilərini 183 faiz artıraraq liderlərin ilk üçlüyünü qapayır. Eyni anda "Huawei", HTC, "Motorola", "Sony", LG və digər böyük şirkətlər, əksinə, satışlarının düşməsi ilə fərqləniblər.