Məşhur aktyor ruhi xəstəxanadan qaçmaq istədi - Yaxalandı

Türkiyənin məşhur aktyoru, komediya filmləri ilə tanınan Şafak Sezer xəstəxanadan qaçarkən son anda ələ keçib. 1 həftə əvvəl evində əsəb sarsıntısı keçirdikdən sonra ruhi xəstəliklər xəstəxanasına yerləşdirilən aktyorun vəziyyətinin yaxşı olmadığı deyilir.  Türkiyə mətbuatının məlumatına görə, müalicə olunduğu Şişlidə ağıl və ruh sağlığı xəstəxanasının əməkdaşları aktyoru hava alması üçün gəzintiyə çıxarıb. Bu zaman Şafak Sezer xəstəxananın hasarından tullanıb qaçmaq istəyib. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra məşhur aktyor yenidən palataya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, aktyora sakitləşdirici dərmanlar verilmədikdə o,  "xəstəxanada qalmaq istəmirəm, məni burdan çıxarın"- deyə səs küy salır, ətrafı dağıdır.

Qeyd edək ki, məşhur aktyor ötən ay yeni filmi təqdim olunduqdan sonra evində əsəb sarsıntısı keçirib və əşyaları qırıb tökdüyü üçün xəstəxanaya aparılıb. Hazırda aktyorun qaçmaq planından sonra palatanın qarşısında təhlükəsizlik işçiləri nəzarəti gücləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00