Bağdadda zəvvarlara daha bir hücum: 16 ölü, 43 yaralı

Bağdadın cənubundakı Saydiyyə rayonunda baş verən partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb, daha 43 nəfər isə yaralanıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, Bağdad polisinin mətbuat katibi Saad Maan hücum nəticəsində ölənlərin əksəriyyətinin imam əl-Kazımın məqbərəsini ziyarət etməyə hazırlaşan şiələr olduğunu deyib. Partlayışın kamikadze tərəfindən bomba yüklü avtomobillə törədildiyi bildirilir. Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib. Şənbə günü zəvvarlara analoji hücum nəticəsində azı 19 nəfər həlak olmuşdu.

Xatırladaq ki, İŞİD qruplaşmasının fəaliyyəti nəticəsində İraqda təhlükəsizlik sahəsində gərgin vəziyyət davam edir. Paytaxt Bağdad şəhərində və qonşu rayonlarda mütəmadi partlayışlar törədilir, nəticədə dinc insanlar və güc strukturu əməkdaşları həyatını itirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00