Konfetdən zəhərlənən 33 nəfər öldü

Pakistanın Pəncab əyalətində ənənəvi şirniyyatdan zəhərlənmə nəticəsində 5-i uşaq olmaqla 33 nəfər ölüb. Modern.az-a istinadən bildirir ki, onlarla adam laddus - Pakistan konfeti yeyəndən sonra xəstələnib. Polis bir uşağın ad günü üçün alınan şirniyyatın alındığı çörəkxananın iki sahibini və bir işçisini həbs edib. Çörəkxananın yanında pestisidlərin satışı üzrə ixtisaslaşan mağaza yerləşir. Məlumatda qeyd edilir ki, onun sahibi şirniyyatı kimyəvi vasitələrlə saxlayıb və bu cür bədbəxt hadisə baş verib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00