Ermənistan ordusunda geyim çatışmır
2 May 2016 16:25 DünyaErmənistan ordusunda yağışdan qorunmaq üçün istifadə edilən çadır-plaş çatışmır. Ermənistan KİV xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün "Facebook" səhifəsində etiraf edib. "Aktiv fəaliyyət zamanı plaş-çadır islanır. Növbəti növbətçiliyədək isə onlar qurumur. Biz artıq bir neçə gündür bu vəsaitin sayının artırılması və ordunun təchizatındakı başqa bu kimi çatışmazlıqların aradan qaldırılması işi ilə məşğuluq", - mətbuat katibi yazıb. ("Report")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00