Rusiya sözünü tutmadı
2 May 2016 14:55 DünyaRusiya 2016-cı ilin yanvar-aprel ayları ərzində neft hasilatını artırıb. Axar.az bildirir ki, Rusiyada ilin ilk 4 ayı ərzində neft hasilatı gündəlik 10,889 milyon barelə yüksəlib. Apreldə ölkədə neft hasilatı 2015-ci ilin analoji dövrü ilə müqayisədə 1,6 faiz artaraq 44,368 milyon ton olub.
Qeyd edək ki, ötən ay OPEK ölkələrində də neft hasilatı artıb və 1989-cu ildən bəri ən yüksək həddə çatıb. Bu ilin fevralında Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatının 2016-cı ilin 16 yanvar həddində saxlanılması barədə razılaşıb. Lakin hələlik bu razılaşma öz təsdiqini tapmayıb və ölkələr hasilatlarını artırmağa davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00