Fotoaparatın düyməsi bilib tətiyi çəkdi
Növbəti selfie FACİƏSİ
2 May 2016 11:35 DünyaGənc oğlan əlində tapança ilə şəkli çəkmək istəyib. Səhv buraxaraq kameranın düyməsi basmaq əvəzinə, tapançanın tətiyini çəkib. Modern.az bildirir ki, insident Hindistanın Ludhiane şəhərində qeydə alınıb. 15 yaşlı Ramandipa Sinqah və onun bacısı tapança ilə selfi çəkiblər. Nəticədə yeniyetmə səhv edərək tapançanın tətiyini çəkib. Atəş səsini qonşular eşidiblər. Onlar yeniyetmənin valideynlərinə xəbər verərək təcili yardım çağırıblar. Bütün cəhdlərə baxmayaraq, tibb işçiləri onun həyatını xilas edə bilməyiblər. Polis rəisi Manodja Kumar deyib ki, silah Ramandipanın atasının adına qeydiyyatdan keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00