İraqda növbəti terror, çox sayda ölən var
Minalanmış iki maşın partladılıb.
1 May 2016 19:11 Dünyaİraqda növbəti irimiqyasılı terror aktı törədilib. ANS PRESS-in "France Press" agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin cənubunda yerləşən Əs-Səmava şəhərində iki minalanmış avtomobil partladılıb. Terror aktı nəticəsində 33 nəfər dünyasını dəyişib. Bu məlumata qədər isə 18 nəfərin öldüyü barədə məlumatlar yayılmışdı.
İlkin məlumata görə, həmin avtomobillərdən biri bələdiyyənin inzibati binasının qarşısında, digəri isə avtobus dayanacağı yaxınlığında partlayıb.
Hələlik heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
Şəhəri Bağdaddan 280 kilometr cənub-şərqdə Mutanna əyalətində yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00