Rusiyada partlayış: 1 ölü, 4 yaralı

İnsident Volxovski rayonunun Paşa kəndində qeydə alınıb

 

Rusiyanın Leninqrad vilayətində avtobus dayanacağında törədilən partlayış nəticəsində 1 nəfər ölüb 4 nəfər yaralanıb. ANS PRESS-in Rusiya Federasiyasının İstintaq komitəsinin regional bölməsinin məlumatına istinadən verdiyi xəbərə görə, insident Volxovski rayonunun Paşa kəndində qeydə alınıb. Pavel Neçesanov küçəsində yerləşən avtobus dayanacağı yaxınlığında spirtli içki qəbul edən bir neçə kənd sakini arasında münaqişə baş verib. Yığıncaq iştirakçılardan biri ərazidən uzaqlaşıb və əlində qumbara ilə qeri qayıdıb.

Qumbaranın partladılması nəticəsində, onu əlində saxlayan kişi yerindəcə dünyasını dəyişib, onu saxlamağa çalışan daha bir nəfər isə qolunu itirib. Münagişənin digər iki iştirakçısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər, daha bir nəfərə isə yerində tibb yardım göstərilib

Hadisə yerinə huquq-muhafizə orqanları qəliblər. Hadisənin detalları araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00