33 şir xilas edildi
Şirlər Latın Amerikasında sirklərdən götürülərək CAR-a gətirilib
1 May 2016 18:55 DünyaLatın Amerikasının Kolumbiya və Peru kimi ölkələrində sirklərdən xilas edilən 33 şir təyyarə ilə Cənubi Afrika Respublikasına göndərilib. Xilas olunan şirlər burada Emoyya qoruğunda yerləşdiriləcək.
Aksiya Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən və vəhşi təbiətin mühafizəsi ilə məşğul olan "Animal Defence International" adlı beynəlxalq təşkilat tərəfindən təşkil edilib. Təşkilat nümayəndələrinin sözlərinə görə, şirlər qanunsuz olaraq, sirklərdə istifadə edilirmiş. Belə ki, Peruda vəhşi heyvanların əyləncə sənayesində istifadəsi 2011-ci ildən, Kolumbiyada isə 2013-cü ildən bəri qadağandır.
Təşkilat fəallarının danışıqlar apardığı sirklərin əksəriyyəti öz şirlərini könüllü olaraq təhvil verib, şirlərin bir qismi isə polisin köməyi ilə xilas edilib.