Türkiyəni qana bulamağa hazırlaşanlar tutuldu
İzmir və Ankarada terror hazırlığında olan 8 nəfər saxlanılıb.
1 May 2016 13:28 DünyaTürkiyənin İzmir şəhərində terror aktının qarşısı alınıb. ANS PRESS-in "İhlas" xəbər agentliyinə istinadla verdiyi məlumata görə, İzmir Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 4 şübhəli şəxs saxlanılıb. Onlar 1 may tarixində terror aktı törətməyi planlaşdırmaları barədə polisə məlumat daxil olduqdan sonra saxlanılıblar.
İzmirin Buca rayonunda bir neçə ünvanda reydlər keçirilib. Lakin terror təşkilatına aid sənəd aşkar edilməyib, bu səbəbdən saxlanılanların hər hansı terror təşkilatı ilə əlaqəsi hələ məlum deyil.
Paytaxt Ankaranı da qana bulamağa hazırlaşan terrorçular saxlanılıblar. Məlumata görə, 1 may tədbirləri ilə bağlı terror aktı həyata keçirmək istəyən 4 İŞİD üzvü saxlanılıb. Ankara Polis İdarəsindən alınan məlumata görə, bir müddətdir təqib edilən şübhəli şəxslər Terrorla Mübarizə Şöbəsinə gətiriliblər. Onların Suriya əsilli olduqları müəyyən edilib.
Türkiyənin bir çox şəhərlərində terror hadisəsinin baş verə biləcəyi səbəbindən 1 May - Əmək və Həmrəylik Günü tədbirləri ləğv edilib. ANS PRESS-in məlumatına görə, bu şəhərlərdən biri də Adanadır.
Burada bu gün çoxlu sayda qeyri-hökumət təşkilatı və siyasi partiya nümayəndələrinin, eyni zamanda, minlərlə insanın iştirak etməsi gözlənilən tədbir olmalı idi. Lakin canlı bomba, terror ola biləcəyi ilə bağlı xəbərdarlıqlardan sonra tədbirin ləğv edilməsi haqqında qərar verilib.
Buna baxmayaraq bir qrup insan İstanbulda Taksim Meydanına çıxmaq istəyib. 40 nəfərlik bir qrupa polis müdaxilə edib. Qrupu dağıtmaq üçün polis su şırnaqlarından da istifadə etmək məcburiyyətində qalıb. Nümayişçilər polisin müdaxiləsi sonra meydandan uzaqlaşıblar.
Barbaros Prospektində toplaşanlar Taksim Meydanına getmək istəyib. Polis onlara dağılışmaları barədə xəbərdarlıq edib. lakin 30 nəfərlik qrup buna əməl etməyib. Polislər, dağılmaq istəməyən qrupa bibər qazı ilə müdaxilə ediblər. Nümayişçilərdən bəziləri saxlanılıb.
Şişli Məscidi yaxınlığında da polis dəstələri şübhəli 3 nəfərin çantalarında axtarışlar həyata keçirib. Çantalarında pirotexnika olan 3 nəfər