İŞİD-in xəzinədarı məhv edildi
1 May 2016 07:20 DünyaƏfqanıstanın Nanqarxar əyalətində İŞİD terror qruplaşmasının maliyyə və silah təchizatı məsələlərinə nəzarət edən şəxs məhv edilib.
Rusiyanın Gazeta.ru saytı bildirir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, Rafi əd-Din adlı terrorçu Açin rayonu ərazisində Əfqanıstan Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində məhv edilib. Onunla birlikdə daha 10 terrorçunun öldürüldüyü bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00