Parlamentə hücum olundu, deputatlar qaçdılar - FOTO
30 Aprel 2016 23:26 Dünyaİraqın paytaxtı Bağadda ölkədəki şiələrin radikal lideri Müqtəda əs Sədrin tərəfdarlarının nümayişi parlamentə hücuma çevrilib.
Minlərlə aksiya iştirakçısı İraq parlamentinin binasını qarət ediblər.
Nümayiş iştirakçıları Dəclə çayının üzərindəki körpünü "Qaçın, qorxaqlar!" şüarları iəl keçərək parlament binasının olduğu "yaşıl zona"ya giriblər. Deputatlara məxsus onlarla avtomobil daşa basılıb, bir maşın yandırılıb.
Nümayişçilər ABŞ səfirliyinin də olduğu "yaşıl zona"ya yaxınlaşanda polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Müqtəda əs Sədr tərəfdarları parlamentdə hökumətin yeni heyəti ilə bağlı səsvermənin təxirə salınmasına etiraz elirlər. Kəskin fikir ayrılıqları və qarşıdurmalar səbəbindən deputatlar artıq iki həftədir ki, yeni hökuməti seçə bilmirlər. Bu isə ölkədəki siyasi böhranı daha da ağırlaşdırır.