"Hayat şarkısı"nın ulduzu toya hazırlaşır
29 Aprel 2016 18:50 DünyaYüksək reytinqli "Hayat şarkısı" serialında baş rola çəkilən Burcu Biricik "Instyle Wedding" jurnalı üçün obyektiv qarşısına keçib. Türkiyə mətbuatı xəbər verir ki, nişanlısı Emre Yetkinlə iyul ayında ailə qurmağa hazırlaşan aktrisa fərqli gəlinlik libası geyinərək şəkillər çəkdirib. O, xəyallarındakı toy haqqında danışarkən deyib: "Çox kiçik bir toy istəyirik. Yaşıllıq, üstüaçıq bir yeri bəzəyib əylənmək istəyirəm. Hər kəs səmimi olsun, sadəcə, əylənmək üçün gəlsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00