Suriyada ilk dəfə cümə namazı qılınmadı
29 Aprel 2016 18:40 DünyaSuriyada terroruçulara qarşı davam edən müharibə cümə namazının qılınmasına maneçilik törədib. Faktxəbər.com bildirir ki, intensiv hava hücumlarına məruz qalan Hələbdə dövlət ilk dəfə cümə namazının qılınmaması barədə xalqa çağırış edib. Suriya din rəsmiləri tərəfindən yayımlanan açıqlamada bildirilir ki, Hələb və ətraf rayonlarda müsəlmanlar, həyatlarını təhlükəyə ataraq cümə namazına getməsinlər.
Qeyd edək ki, Suriyada fevral ayının 27-dən bəri əldə olunan atəşkəsə baxmayaraq təxminin 10 gündür ölkədə terrorçu qruplaşmalara qarşı ciddi mübarizə aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00