Burak Özçivit məşhur sevgilisinə evlənmək təklifi etdi
29 Aprel 2016 18:37 DünyaTürkiyəli aktrisa Fahriye Evcen çəkildiyi reklam kampaniyasının mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cazibədar aktrisa sevgilisi və həmkarı Burak Özçivitlə münasibətindən danışıb. Aktrisa yaraşıqlı sevgilisindən evlilik təklifi aldığını etiraf edib, lakin toy tarixinin hələlik bəlli olmadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00