Uşağı nəzarətsiz qoyanda... VIDEO

Qəribə xilasetmə əməliyyatl

Çində daha bir uşaq xilasediciləri hərəkətə keçirib. Daş-divar, qab-qacaq arasında sıxışıb qalan azyaşlılarla tez-tez gündəmə gələn ölkədə, bu dəfə bir uşaq  avtomobilin  lyukunda çətin vəziyyətlə üzləşib.  Valideynlər çox çalışsa da, uşağı lyukdan dartıb çıxara bilmədiyindən, əraziyə  mülki müdafiə qüvvələri cəlb olunub.  Nəzarətsiz qalan  uşaq başını lyukdan çölə çıxarıb və təsadüfən lyuku bağlayan düyməyə toxunub. Şüşə örtük bağlanıb və  uşaq ölümlə üzləşib. Azyaşlını lyukdan çıxarmaq üçün güc tətbiq etmək təhlükəli olduğundan,  xialsedicilər uşağın valideynini xərcə, daha dəqiq desək ziyana salmalı olub. Xüsusi alətlə maşının lyukunu  sındıran mülki müdafiə qüvvələri, azyaşlını bu yolla sıxışdığı yerdən çıxara biliblər. Sınan şüşə qəlpələnərək azyaşlıya xəsarət yetirə bilərdi. Bunun baş verməməsi üçün xilasedicilər  qabaqlayıcı tədbirlər görüb. Yarım saat lyukdan asılı qalan uşaq xilas edildikdən sonra həkim nəzarətinə götürülüb. Onun hər hansı ciddi xəsarət almadığı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00