"Nurofen"in istehsalçısına milyonluq cəza

Avstraliya məhkəməsi, ağrı kəsici və yüksək tempuraturu aşağı salan məşhur dərman "Nurofen"i istehsal edən "Reckitt Benckiser" fırmasını 1,7 milyon Avstraliya dolları  (1.9621 milyon manat) pul cəzasına məhkum edib. Faktxəbər.com bildirir ki, məhkəmə, "Nurofen" bel ağrısı, "Nurofen" miqren ağrısı, "Nurofen" baş ağrısı kimi ağrı kəsici həblərin, əslində, bir-birindən fərqli olmadığının məlum olmasından sonra 1.7 milyon doları ödəməyə məhkum edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00