Məşhur aktyora cinayət işi açıldı: 2 illik həbs

Məşhur aktyor Gökçe Özyolun 2 illik həbs olunması tələb edilir.  Türkiyə mətbuatı xəbər verir ki, buna səbəb onun sərxoş şəkildə maşın sürməsi olub. Aktyor sükan arxasındaykən yol polislərinin əmrinə tabe olmayıb, qaçmağa cəhd edib. O, polislər tərəfindən saxlanılıb. Aktyorun spirtli içki qəbul etdiyi məlum olub. Tibbi müayinə zamanı Özyolun 1,57 promil spirtli içki qəbul etdiyi təsdiqlənib. G.Özyol barəsində cinayət işi açılıb. 

Qeyd edək ki, o, "Yahşi Cazibe" serialındakı Barış obrazı ilə məşhurlaşmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00