7 ermənini öldürən Permyakovdan yeni xəbər var
29 Aprel 2016 10:21 DünyaErmənistanda 2015-ci ildə Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakovun işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.Məhkəmə iclası Bakı vaxtı ilə 12.00-da Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində baş tutacaq.Qeyd edək ki, Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. O, 19 yanvarda dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00