Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb
28 Aprel 2016 17:34 DünyaAzərbaycan 2016-cı ilin yanvar-fevralında Türkiyəyə 1,15 milyard kubmetr qaz tədarük edib. 2015-ci ilin müvafiq dövründə bu göstərici 1,11 milyard kubmetr olub. Bu barədə Trend Türkiyə Enerji bazarının tənzimlənməsi idarəsinin (EPDK) saytına istinadən məlumat verir. Azərbaycan 2015-ci ildə Türkiyəyə 6,17 milyard kubmetr təbii qaz tədarük edib, 2014-cü ildə isə bu rəqəm 6,07 milyard kubmetr olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00