“Facebook”un gəliri kəskin artıb
28 Aprel 2016 18:25 Dünya"Facebook" 2016-cı ilin ilk rübünə aid maliyyə hesabatını açıqlayıb. İKT.lent.az-ın "The Wall Street Journal" qəzetinə istinadən verdiyi məlumata görə, şirkətin gəlirləri ciddi şəkildə artıb. Belə ki, ilk rübdə "Facebook" 1,51 milyard dollar xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövründə əldə olunmuş mənfəətdən 512 milyon dollar çoxdur. Gəlirlər isə 3,54 milyard dollardan 5,38 milyarda yüksəlib. "Facebook"un əsas gəlir mənbəyi reklamlardır. Reklam gəlirlərinin böyük hissəsi mobil əlavələrdən əldə edilir. "İnstagram"ın da hesabına bu sahədə gəlirlərin artacağı gözlənilir. Hesabatın açıqlanmasından sonra Facebook"un səhmlərinin dəyəri 9,5% artıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00