İŞİD Türkiyəni vurdu: Əhali TƏCİLİ köçürüldü
28 Aprel 2016 17:26 DünyaİŞİD terror qruplaşması Suriyanın Cerablus şəhərindən Türkiyənin Qaziantep vilayətinin Karkamış mahalını minaatanlardan atəşə tutub. Publika.az bildirir ki, mərmilər Türkyurdu məhəlləsində yerləşən sərhəd polis bölməsinin ətrafına düşüb. Hücuma cavab olaraq sərhəddə yerləşdirilən birliklər minaatanların atıldığı bölgəni qaubitsalarla atəşə tutub. İŞİD-in hücumundan sonra Türkyurdu məhəlləsindəki əhali təxliyə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00