Dünya smartfon bazarı azaldı - İLK DƏFƏ
28 Aprel 2016 20:15 Dünya2016-cı ilin birinci rübündə dünyada smartfon tədarükü ilk dəfə olaraq bazarı azalıb. İKT.lent.az-ın məlumatına görə, bu barədə "Strategy Analytics" şirkətinin hesabatında deyilir. "Strategy Analytics"in məlumatına görə, bu ilin yanvar-mart ayları arasında 334,6 milyon ədəd cihaz göndərilib. Ötən ilin eyni dövründə isə bu göstərici 345 milyon ədəd cihaz olub.Yenə də ən iri smartfon istehsalçısı "Samsung Electronics Co." şirkəti olaraq qalır. Bu şirkətin tədarükü 4,5 faiz düşərək 79 milyon ədəd təşkil edib. "Samsung"in bazar payı ötən ilə nisbətən 24 faizdən 23,6 faizə düşüb. İkinci yerdə "Apple" şirkəti gəlir. Kupertinodan olan korporasiyanın smartfon tədarükü 16 faiz azalaraq 51,2 milyon ədəd olub. Şirkətin bazar payı 17,7 faizdən 15,3 faizə qədər düşüb. Analitiklər bu azalmanı istehlakçıların dünya iqtisadiyyatının vəziyyətindəki təşvişi ilə bağlayır, həmçinin Çin bazarının həddindən artıq doyması ilə izah edirlər.