“Apple” şirkətinin gəliri 13 ildə ilk dəfə azalıb
28 Aprel 2016 19:33 Dünya"Apple" şirkətinin rüblük gəliri son 13 ildə ilk dəfə azalıb. Publika.az xarici KİV-ərə istinadən xəbər verir ki, bu məlumat səhmdarlar arasında həyacana səbəb olub və korporasiyanın səhmləri 7,5 faiz düşüb. Həmçinin ayfonların satışı azalıb. ABŞ-dan sonra ikinci olan Çin bazarında satış təxminən 4 dəfə azalıb. Analitik Frenk Cillet hesab edir ki, bu bazarın doldurulması, rəqiblərin üçuz telefonları və s. faktorlarla bağlıdır. "Apple" şirkəti bundan əvvəl yeni iPhone 6S və 6S Plus modellərini nümayiş etdirib. Amma analitiklərin sözlərinə görə, şirkətin fanatları onları almağa tələsmir və bu il çıxmalı olan ayfon 7-ni gözləyirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00