Uran satmaq istəyən 5 gürcü saxlanıldı

Gürcüstanın Kabuleti şəhərində radioaktiv uran satmağı planlaşdıran 5 nəfər saxlanılıb. Modern.az  bildirir ki, Gürcüstan vətəndaşları həmin uranı 3 milyon dollara satmağı planlaşdırırdı. Müəyyən olunub ki, müsadirə edilən uranın çəkisi 1,625 kiloqram olub.  Onun tərkibində uran-238 və uran-235 radiokativ izotopları olub. Həbs olunan şəxsləri 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Bu ilin aprelində 6 nəfər, o cümlədən 3 Ermənistan vətəndaşı Tbilisidə uran satmaq istəyərkən tutulmuşdu.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00