İŞİD-ə soğan torbasında silah apardı
28 Aprel 2016 14:47 DünyaKeçən il sentyabrda soğan torbalarının altında gizlədilərək Türkiyədən İŞİD-ə göndərilən silahlar barədə yeni təfərrüatlar üzə çıxıb. Qafqazinfo bildirir ki, sursatı daşıyan maşının sürücüsü Yalçın Qaya yükləri daşımağa razı olsa da, əsl məsələdən xəbərsiz olduğunu deyib. Qaya polisə ifadəsində ona "Material bükəcəyik, bunları Şanlıurfaya aparacaqsan. Materiallar oradan İŞİD-ə gedəcək. Arxamızda Türkiyə Cümhuriyyəti var. Qorxacaq bir şey yoxdur. Bunları şəhidlərimiz üçün göndərəcəyik", - deyildiyini iddia edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00