"Kara sevda"nın aktrisası şəxsi şəkilləri ilə şantaj edildi

Aktrisa Zerrin Tekindör ilə oğlu Hira hakerlərin qurbanı olublar. "Habertürk" xəbər verir ki, hakerlər aktrisa və oğlunun mail, İnstaqram və Tvitter hesablarını ələ keçiriblər. Sonra da sənətçinin şəxsi həyatından şəkil və yazışmaları paylaşacaqlarını bildirərək 10 min lirə istəyiblər. Zerrin məsələ ilə bağlı məhkəməyə şikayət edib. O, Tvitter və İnstaqram hesablarına girişinin qarşısını alınmasını istəyib. Aktrisanın istəyi yerinə yetirilib. Hazırda isə araşdırma aparılaraq hakerlərin kimliyi öyrənilir.

Qeyd edək ki, Z.Tekindör hazırda "Kara sevda" serialında rol alır.

"Kara sevda"nın aktrisası şəxsi şəkilləri ilə şantaj edildi - FOTO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00